Erməni futbolçu "Beşiktaş"a keçir

Erməni futbolçu "Beşiktaş"a keçir
11:12 16 Yanvar 2015
130 İdman
Ölkə mətbuatı
A- A+

Rusiya “Spartak”ının yarımmüdafiəçisi Araz Özbiliz qış “transfer pəncərəsi”ndə klubunu tərk edə bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 24 yaşlı erməni futbolçu Türkiyə komandasına keçməyə çox yaxındır.
  
O, İstanbul nəhəngi “Beşiktaş”ın formasını geyinə bilər. Türkiyə mətbuatı iddia edir ki, Özbilizin atası “qara qartallar”ın prezidenti ilə danışıqlar aparmaq üçün artıq İstanbula gəlib.
  
Qeyd edək ki, 1990-cu ildə İstanbulda doğulan Özbiliz futbola 8 yaşında “Ayaks”da başlayıb. Daha sonra o, bu komandada oynayıb və ardından Rusiya Premyer Liqası klublarından olan “Kuban”a keçib. Araz 2013-cü ildə isə “Spartak”la 5 illik müqavilə imzalayıb. Özbiliz 2012-ci ildən Ermənistan yığmasının formasını geyinir.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/319300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR