Ellada Məmmədli: “Bu gün Müsavat rəhbərliyinin fəaliyyəti illərini partiyaya vermiş insanlara damğa vurmaq, onları partiyadan xaric etməklə məhdudlaşır"

Ellada Məmmədli: “Bu gün Müsavat rəhbərliyinin fəaliyyəti illərini partiyaya vermiş insanlara damğa vurmaq, onları partiyadan xaric etməklə məhdudlaşır"
12:47 12 May 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 12:43 ]


Bakı. Etibar Məmmədov – APA. “Müsavat üzvlərinin partiyadan kənarlaşdırmasına münasibətim çox pisdir. İnsanların sərbəst toplaşmaq, azad söz demək hüququ var. Əgər demokratik partiya mənsubları fikir azadlığından, sərbəst toplaşmaq hüququndan narahatdırlarsa, bunun yolu cəza kəsmək deyil. Çox təəssüflənirəm ki, bugünkü Müsavat rəhbərliyinin əməli işi illərini partiyaya vermiş insanlara damğa vurmaqla, sədaqətli müsavatçıları partiyadan xaric etməklə məhdudlaşır”.

 

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli Müsavat Divanın son qərarına münasibət bildirərkən deyib.

 

E. Məmmədli bildirib ki, partiyanın Suraxanı rayon təşkilatı həmişə fəallığı ilə seçilib: “Rövşən Dəmirli Məhəmməd Əmin Rəsulzadə ideologiyasına sadiq əsl müsavatçıdır. Rahib Mirələmov və Əli Qasımbəyli fədakar, qorxmaz, mərd və əqidəli insanlardır. Müsavat Divanının bu şəxslər haqqında verdiyi sərt qərar Nizamnamədən kənar və yolverilməzdir Bu qərarı verənləri qınayıram”.

 

Xatırladaq ki, Müsavat Partiyasının Divanı Ucar və Suraxanı rayon təşkilatlarının buraxılması barədə qərar qəbul edib. Müsavatın qərargahı qarşısında keçirilən piketin təşkilatçıları isə partiyadan çıxarılıblar. Partiyanın tanınmış fəallarından olan Nizaməddin Quliyev istefa verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR