"Qəbələ" hansı ölkəyə gedir?

"Qəbələ" hansı ölkəyə gedir?
14:12 12 May 2015
83 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ” klubunun ilk hazırlıq planına aydınlıq gəlib. Goal.az xəbər verir ki, Premyer Liqanın son turunda – mayın 28-də doğma meydanda "Bakı”nı qəbul edəcək əyalət klubu bu qarşılaşmadan sonra futbolçularını evə buraxacaq.
 
Komanda yeni mövsüm üçün isə iyunun 8-də bir araya gələcək. Bu barədə isə saytımıza klubun marketinq üzrə meneceri Səməd Nəsibov məlumat verdi. Səməd bəy bildirdi ki, elə həmin gün də komanda xaricə təlim-məşq toplanışına yola düşəcək və bu hazırlıq prosesi də iyunun 24-nə kimi davam edəcək.
 
Ancaq komandanın hansı ölkəyə təlim-məşq toplanışına gedəcəyi hələ bəlli deyil. Nəsibov buna belə aydınlıq gətirdi: "Hazırda iki variant var. Ya Türkiyənin Ərzurum şəhəri, ya da Avstriya. Ərzurumda hər cür şərait var, amma yoxlama oyunları keçirmək üçün problemlər var orada. Eləcə də Avstriyada. Çünki komandalar hazırlığa əsasən iyuldan başlayır. Bizsə daha tez başlayacağıq. Bu səbəbdən də, hansı variantda yoxlama oyunu keçirmək üçün rəqiblərlə təmin olunsaq, o variantı seçəcəyik”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/339911.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR