Azərbaycanda bu ilin ilk rübündə 372 min 290 nəfər aylıq və birdəfəlik sosial müavinətlə təmin edilib

Azərbaycanda bu ilin ilk rübündə 372 min 290 nəfər aylıq və birdəfəlik sosial müavinətlə təmin edilib
15:38 12 May 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu ilin ilk rübündə 372 min 290 nəfərə aylıq və birdəfəlik sosial müavinət ödənilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, onlardan 340 min 254 nəfəri (91,4 faiz) aylıq, 32 min 36 nəfəri birdəfəlik (8,6 faiz) sosial müavinət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müharibə veteranlarına ödənilən aylıq sosial müavinətlərin məbləği isə 21,6 faiz artıb. Hazırda 52 min 596 müharibə veteranı həmin aylıq sosial müavinətlə təmin edilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2013-cü il tarixli Fərmanına əsasən, 2014-cü il yanvarın 1-dən beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış hər bir uşağına görə 30 manat məbləğində aylıq sosial müavinət təyin olunur. Hazırda bu qəbildən olan 3033 qadının 18 yaşına çatmamış 8766 nəfər uşağına həmin aylıq müavinət ödənilir.
Cari ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən aylıq və birdəfəlik sosial müavinət və kompensasiyaların ödənilməsinə 2,2 milyon manat, yəni 4 faizədək çox vəsait yönəldilib. Sosial müavinət və təqaüdlərin ödənişində şəffaflığın təmin oluması məqsədilə sosial müavinətlərə, həmçinin təqaüdlərə dair məlumatlar xüsusi proqram təminatı vasitəsilə vahid məlumat bazasında toplanıb. Ölkəmizdə sosial müavinətlərin ödənişi plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirilir. Sosial müavinətlərin, həmçinin təqaüd təyin olunanların siyahısı ƏƏSMN-nin rəsmi saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündə təqdim edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_bu_ilin_ilk_rubunde_372_min_290_nefer_ayliq_ve_birdefelik_sosial_muavinetle_temin_edilib-854268

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR