Yeniyetmə güləşçilər arasında Azərbaycan çempionatında 375 idmançı birincilik uğrunda yarışacaq

Yeniyetmə güləşçilər arasında Azərbaycan çempionatında 375 idmançı birincilik uğrunda yarışacaq
15:38 12 May 2015
221 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 12 may, AZƏRTAC
Mayın 19-21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.
Dünya Güləş Birliyinin qaydalarına əsasən, yarışda güləşçilər 10 çəki dərəcəsində mübarizə aparacaqlar. Turnirdə iştirak üçün sərbəst və yunan-Roma güləşi üzrə nümayəndəliklər üzrə keçirilən seçim yarışları artıq başa çatıb. Nümayəndəliklər üzrə qalib gəlmiş güləşçilər ayrılmış yerə uyğun olaraq Azərbaycan çempionatında iştirak hüququ əldə ediblər.
Azərbaycan Güləş Federasiyasının nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində, ümumilikdə, 1285 yeniyetmə güləşçi mübarizə aparıb. Onlardan 743-ü sərbəst, 542-si isə yunan-Roma güləşi üzrə yarışlarda qüvvəsini sınayıb. Azərbaycan çempionatında federasiyanın 8 nümayəndəliyini təmsil edən 195 sərbəst və 180 yunan-Roma güləşçisi iştirak edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeniyetme_guleschiler_arasinda_Azerbaycan_chempionatinda_375_idmanchi_birincilik_ugrunda_yarisacaq-854267

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR