Təhsil naziri Ağsuda vətəndaşları qəbul edib

18:12 12 May 2015
31 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 May 2015 18:10 ]


Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov Ağsu şəhərindəki Uşaq Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında yaşayan vətəndaşları qəbul edib.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, işə bərpa olunma, təhsil sənədlərinin tanınması, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı və bir sıra digər məsələlərlə əlaqədar müraciət ediblər.

 

Qəbulda 47 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/383232

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR