Moskvada Nemtsov qadağası

Moskvada Nemtsov qadağası
19:01 12 May 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva meriyası qətlə yetirilmiş müxalifyönlü siyasətçi Boris Nemtsovun xatirənin əbədiləşdirilməsi haqqında Dövlət Dumasının deputatı Dmitri Qudkovun təklifini rədd edib.

ANS PRESS-in məlumatına görə, D.Qudkov şəhər rəhbərliyinə siyasətçinin xatirə lövhəsinin vurulmasını, Böyük Moskva çayı körpüsünə onun adının verilməsini, yaxud yeni küçələrdən birinin onun adına adlandırılmasını təklif edib.

Deputatın sorğusuna hakimiyyətin cavabı belə olub: "İctimai xadimlərin adlarının təşkilatlara və paytaxt obyektlərinə verilməsi onların ölümü günündən beş il sonra edilə bilər."

Xatırladaq ki, siyasətçi Boris Nemtsov bu il fevralın 28-də Böyük Moskva çayı körpüsündə Moskvanın mərkəzində güllələnib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=343901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR