Özbəkistanın 1news.uz portalı Şuşanın işğalı ilə bağlı məqalə yayıb

Özbəkistanın 1news.uz portalı Şuşanın işğalı ilə bağlı məqalə yayıb
21:43 12 May 2015
Ölkə mətbuatı
A- A+


Daşkənd, 12 may, AZƏRTAC
Özbəkistanın 1news.uz portalı Şuşanın işğalı ilə bağlı geniş məqalə yayıb.
Məqalədə Şuşanın tarixi, mədəniyyəti haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, Şuşa Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biridir. Şuça orta əsr şəhərsalma üslubunda tikilib və qədim milli memarlıq abidələri ilə zəngindir.
Bildirilir ki, Azərbaycan SSR Nazirlər Soveti 1977-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edib. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün xeyli iş görülüb. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının görkəmli nümayəndələri olan Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşidbanu Natəvanın, Mir Mövsüm Nəvvabın ev muzeyləri Heydər Əliyevin təşəbbüsü ilə təşkil olunub.
Diqqətə çatdırılır ki, 1992-ci il mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri erməni silahlı qüvvələri tərəfindən işğal olunub, şəhər dağıdılıb, muzeylər, tarixi mədəniyyət abidələri yerlə-yeksan edilib.
Məqalə bu fikirlə bitir: “Əminik ki, dünya mədəniyyətinə və incəsənətinə böyük töhfələr vermiş Üzeyir Hacıbəylinin, Bülbülün, Natəvanın güllələnmiş heykəlləri öz əvvəlki yerinə-Şuşaya qayıdacaq”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ozbekistanin_1newsuz_portali_Susanin_isgali_ile_bagli_meqale_yayib-854419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR