AYİB Marneulidə məişət tullantıları zavodunun tikintisinə 7 milyon avro kredit ayıracaq

00:03 13 May 2015
41 Dünya
Ölkə mətbuatı
A- A+


Tbilisi, 13 may, AZƏRTAC 
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsində, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu ərazisində bərk məişət tullantılarının toplanması və emalı zavodunun tikintisi üçün 7 milyon avro kredit ayıracaq.
İsveçin Beynəlxalq Əməkdaşlıq Agentliyi isə bu layihə üçün 3 milyon avro qrant ayıracaq.
AZƏRTAC AYİB-in rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar kredit və qrant müqaviləsi imzalanıb.
Azərbaycanlıların yığcam yaşadıqları Marneuli, Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka rayonlarına xidmət edəcək bu zavod regionun iqtisadi inkişafına təkan verəcəkdir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AYIB_Marneulide_meiset_tullantilari_zavodunun_tikintisine_7_milyon_avro_kredit_ayiracaq-854452

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR