Azərbaycanın bəzi rayonlarında qar yağacaq

12:57 16 Yanvar 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 12:54 ]

Bakı. Könül Kamilqızı - APA. Yanvarın 17-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-3, gündüz 5-8 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR