Əhalinin nəzərinə - Bakıda saxta pullar dolaşır

Əhalinin nəzərinə - Bakıda saxta pullar dolaşır
13:04 16 Yanvar 2015
77 Ölkə
Ölkə mətbuatı
A- A+

200 ədəd saxta 100 dollarlıqları satmaq istəyəndə yaxalandı

Bakıda 20 min dollar saxta dollar satan şəxs tutulub. Ondan əlavə olaraq 1800 saxta manat götürülüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nərimanov rayonunun Təbriz küçəsində yerləşən parkda Şamaxı şəhər sakini Mehman Qafarov 200 ədəd 100 dollarlıq saxta əskinas satarkən tutulub. Onun üzərinə baxış zamanı əlavə 18 ədəd 100 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190542

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR