Bakı, 13 may, AZƏRTAC
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Volqoqradda salınan dostluq parkında ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş təntənəli tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Liderin parkdakı barelyefi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Tədbirdə dünya şöhrətli siyasətçinin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verilib.
Volqoqrad şəhər merinin birinci müavini Vladimir Kalesnikov bildirib ki, məhz Heydər Əliyevin sayəsində xalqlarımız arasında dostluq əbədi xarakter alıb. Şəhər rəsmisi Heydər Əliyev Fondunun Volqoqradda həyata keçirdiyi mühüm layihələrdən bəhs edib. Gənc nəslin təhsil və tərbiyəsində, mənəvi dəyərlərin formalaşdırılmasına və yeniyetmələrin sağlam həyat tərzinə yönəlmiş layihələrin həyata keçirilməsində məhsuldar əməkdaşlığa görə Fondun vitse-prezidenti Leyla Əliyevaya ünvanlanan təşəkkür məktubunu oxuyub.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov Ulu Öndərin anadan olmasının 92-ci ildönümü və faşizm üzərində qələbənin 70 illiyi münasibəti ilə təbriklərini çatdırıb, azərbaycanlıların qələbənin əldə olunmasındakı rolundan danışıb.
“Heydər Əliyev harda olubsa, orda qələbə olub”. Bu sözləri isə Kalmıkya-Volqoqrad ictimai birliyi idarə heyətinin sədri Gennadi Qışlyov söyləyib. O, ulu öndər Heydər Əliyevin Volqoqradla Azərbaycan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində mühüm xidmətlərini xatırladıb.
Digər çıxış edənlər də bildiriblər ki, Rusiyanın hər yerində olduğu kim, Volqoqradda da bu böyük şəxsiyyətin xatirəsinə dərin hörmət bəslənilir.
Sonda Ulu Öndər haqqında inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Tədbir maraqlı konsert proqramı ilə davam edib. Volqoqradın çoxmillətli musiqi kollektivlərinin bir-birindən maraqlı ifaları və rəqsləri, idmançıların çıxışları böyük maraqla qarşılanıb.
Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla başa çatıb.
Volqoqrad-Bakı dostluq parkında ulu öndər Heydər Əliyevin xatirəsi anılıb