İstiqlal Muzeyində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir-sərgi təşkil edilib

13:57 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:54 ]


Bakı. Cavid Zeynallı – APA. İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş “Həyatın və ölümün dərsləri” adlı tədbir-sərgi təşkil olunub.

 

APA-nın məlumatına görə, tədbirdə 20 Yanvar faciəsinin şəhidlərinin ailə üzvləri, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının tələbələri və digər qonaqlar iştirak ediblər.

 

Muzeyinin direktoru Fəridə Şəmsi bildirib ki, İstiqlal Muzeyində ənənəvi təşkil edilən tədbir-sərgidə muzeyin fonduna daxil olmuş yeni eksponatlar - 20 Yanvar faciəsinin şəhidlərinin şəxsi əşyaları nümayiş olunur.

 

20 Yanvar faciəsində yaxınlarını itirən Almaz Ülvi, Salman Novruzlu və başqaları şəhid olan insanların xatirəsinin ədəbi yaşayacağından əminliyini ifadə ediblər.

 

Daha sonra tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Mahirə Yaqubovanın rejissorluğu ilə hazırlanan kompozisiya nümayiş olunub, əməkdar artistlər Ağalar Bayramov və Teyyub Aslanın ifalarında şeir və muğam səslənib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR