Tanış olduğu qadının şəkillərini sosial şəbəkədə yaymaqla şantaj edən şəxs saxlanılıb

Tanış olduğu qadının şəkillərini sosial şəbəkədə yaymaqla şantaj edən şəxs saxlanılıb
11:42 27 Sentyabr 2019
90 Digər
Ölkə mətbuatı
A- A+

Abşeron rayonunda tanış olduğu qadının şəkillərini sosial şəbəkədə yaymaq istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumaat görə, sentyabrın 22-də Xırdalan şəhər sakini E.M Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib sosial şəbəkə vasitəsilə tanıdığı Eltun adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yaymasını və həmin şəkilləri silməsi müqabilində ondan 200 manat pul tələb etməsini bildirib.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Qurbanzadə saxlanılıb.
Faktla bağlı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/sekillerini-sosial-sebekede-paylasmaqla-tanis-oldugu-qadini-santaj-ede

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR