29 il sonra tanınmış müğənninin ölümünün üstü açılır: KQB izi...

Faciəli qəzadan 29 il ötsə də, məşhur musiqiçi Viktor Çoyun ölümüylə bağlı çoxlu versiyalar irəli sürülüb.

Metbuat.az xəbər verir ki, 15 avqust 1990-cı ildə Riqadan bir neçə kilometr aralıda, müğənninin "Moskviç”i saatda 130 km sürətlə qarşıdan gələn zolağa keçib və "İkarus” avtobusuna çırpılıb - əfsanəvi rokçu dərhal dünyasını dəyişib. Rəsmi versiyaya görə, qəzaya səbəb "Kino” qrupunun liderinin sükan arxasında yuxuya getməsi olub (Çoyun qanında alkoqol izi tapılmayıb), lakin faciədən sonra intihar və hətta xüsusi xidmət orqanlarının hadisədə əlinin olması haqda çox danışılıb.

İndi isə yeni bir istintaq başlayır. Bu günlərdə məhkəmə-tibb eksperti və Sankt-Peterburqun "Arqument" Müstəqil Ekspertiza Mərkəzinin rəhbəri Natalya Potlaçuk istintaq işinin materiallarını araşdırararaq faciəli qəzanın sxemini bərpa edib. Mütəxəssis əmindir ki, musiqiçinin ölümü yuxu səbəbindən baş verməyib.

"Sükan arxasında yatmış adam idarəetməni itirir, buna görə də maşın harasa dönür və bu təsadüfi istiqamətdə hərəkət edir”, - Potlaçuk "Fontanka" nəşrinə açıqlamasında deyib. - Əgər Çoyun təsadüfən yolun o biri tərəfinə döndüyünü, yuxuya getdiyini və avtomobilin idarəetməsini itirdiyini fərz etsək, onda avtomobil həmin istiqamətdə hərəkətə davam etməlidir. Bu halda onun "Moskviç”i yolun o üzündəki tarlanın içinə girmiş olar və "İkarus”un qarşısına çıxmazdı. İnsan belə bir dar yola dönərək qarşıdan gələn maneələrin heç birinə rast gəlmədən 35 metr məsafə qət edib, sonra yenidən öz yoluna qayıdırsa, o zaman onun bunları şüursuzluq vəziyyətində etdiyini düşünməyə əsas yaranır”.

Öz müsahibələrində atası Robert Çoy dəfələrlə "oğluma necə sürmək lazım olduğunu öyrətmədim” deyə, onun ölümündə özünü günahkar saydığını deyib. Yeni sitintaqdan xəbər tutan ata bildirib:

"Mən elə o vaxt dərhal oğlumun sükan arxasında yatmadığını demişdim. Hələ 29 il əvvəl israr etdim ki, bu, belə deyil. Özünüz düşünün, onun balıq ovladığı yerdən faciənin baş verdiyi yerəcən cəmi 15 dəqiqəlik yoldu. Yəni, çox az məsafədi. Üstəlik də hadisə sübh tezdən olmayıb ki! Yaxşı, niyə ekspertlər keçmişi qurdalamağa başlayıb? Mən bunu 29 il əvvəl demişəm, hansısa başıxarabsa bunu indi təkrar etməyə başlayıb. Mən aparılan istintaqların sayını belə itirmişəm. Bu vurnuxma nə üçündü indi? Mənim lap əvvəldən öz versiyam olub, indi onu təkrarlamaq fikrində deyiləm. Viktor maşını yaxşı sürə bilmirdi, təcrübəsizdi, ona görə də sərt dönüşdə idarəetməni itirmişdi. O, maşına çox laqeyddi. Heç ikicə il olmazdı sürməyə başlamışdı, artıq yorulmuşdu, fikri yoldan yayınırdı, başı həmişə mahnılarıyla doluydu... Dəfələrlə ona necə sürməyi öyrətmək üçün cəhd etdim, amma nədənsə alınmadı. Hələ də düşünürəm ki, yeganə günahım lazımi inadkarlığı göstərməməyimdir”.

Xatırladaq ki, qəza günü Viktor Soyun cəmi 28 yaşı vardı.(qaynarinfo)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR