Dünyaca məşhur geyim mağazası bağlanır - FOTO

Dünyaca məşhur geyim mağazası bağlanır - FOTO
12:33 1 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Mərkəzi ABŞ-da yerləşən “Forever 21” geyim brendi iflas edib.

Publika.az xəbər verir ki, brendin 178 mağazası bağlanıb.

Şirkətdən verilən açıqlamada təkcə ABŞ-da bu qədər mağazanın bağlanması ilə iflasın təsdiq olunması üçün müraciət edib. Bununla yanaşı, Kanadada yerləşən əsas mərkəzlərdən biri də bağlanacaq və bu ölkədəki 44 mağaza fəaliyyətini dayandıracaq. Şirkət Meksika və Latın Amerikasında işinə davam edəcək.

“Forever 21”in iflas prosesi bununla da başa çatmır. Çünki Asiya və Avropadakı bir çox mağazaların da bağlanacağı ehtimalı var.

1984-cü ildə qurulan “Forever 21” 57 ölkədə 815 mağaza ilə müştərilərinə xidmət edirdi.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/291807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR