Honkonqda polislə nümayişçilər arasında baş vermiş qarşıdurma nəticəsində 31 nəfər yaralanıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yaralılardan ikisinin vəziyyəti ağırdır. Onlardan biri sinəsindən güllə yarası alan məktəblidir.
Qeyd edək ki, Honkonqda iyunun 1-dən ekstradisiya haqqında qanun layihəsi ilə bağlı kütləvi etirazlar başlayıb. Ölkə müxalifəti oktyabrın 1-də böyük etiraz yürüşü keçirməyi planlaşdırsa da, onların müraciəti rədd edilib. Ancaq bu, küçələrə çıxan etirazçıları dayandırmayıb. Nümayişçilər şəhərin müxtəlif ərazilərinə toplaşaraq işıqforları və yol çəpərlərini qırıb, hakimiyyət əleyhinə şüarlar səsləndiriblər.