Məşhur moda evinin nümayişində BİABIRÇILIQ

Məşhur moda evinin nümayişində BİABIRÇILIQ
14:03 2 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Məşhur fransız markası “Chanel”in dəfiləsində qadınlardan biri şounu pozmaq istəyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Paris Moda Həftəsi çərçivəsində dünən “Chanel”in yeni kolleksiyası nümayiş olunub. Şou zamanı tamaşıçılardan biri gözlənilmədən podiuma qalxaraq yeriməyə başlayıb.

Bu zaman dünya şöhrətli model Cici Hadid qadına yaxınlaşaraq onu nəzakətlə podiumdan aşağı endirməyə çalışıb. Digər modellər yaranmış qarışıqlığı qonaqlara hiss etdirməməyə çalışıb. Daha sonra qadın zorla podiumdan kənarlaşdırılıb. Dəfilədən sonra məlum olub ki, qadın yutuberdi. Sosial mediada paylaşılan görüntülərdə Cici Hadidin davranışı stilistlər tərəfindən rəğbətlə qarşılanıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/deb/291924.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR