İraqda DƏHŞƏT: 30 ölü, yüzlərlə yaralı

İraqda DƏHŞƏT: 30 ölü, yüzlərlə yaralı
09:23 4 Oktyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

İraqda çərşənbə axşamı günü başlanan etiraz aksiyalarını nəzarətdə saxlamaq gün keçdikcə çətinləşir.

Publika.az xəbər verir ki, paytaxt Bağdad ilə ölkənin cənub şəhərlərində vəzifədən sui-istifadə, işsizlik və ictimai xidmətlərin çatışmazlığına qarşı baş qaldıran aksiyalarda ölü sayı 30-a çatıb. Yüzlərlə yaralı var.

Bağdadın Əl-Halani və Əndəlüs meydanları başda olmaqla, bir çox məkanlarda təşkil edilən aksiyalara təhlükəsizlik qüvvələrinin müdaxilə etməməsi üçün qadınlar da qatılıb. Buna rəğmən, polis etirazçıları dağıtmaq üçün gerçək mərmi və gözyaşardıcı qazdan istifadə edib.

Ölkənin cənubundakı Kərbəla, Meysan, Bəsrə, Zikar, Divaniyə, Nəcəfdə yeni aksiyalar təşkil olunub. Zikar vilayətində polislər 6 etirazçını öldürüb. Bundan hiddətlənən aksiyaçılar Zikar Vilayət Məclisinin binasını yandırıb.

İraqın Baş naziri Adil Əbdülmehdi səhər saat 5-də Bağdadda küçəyə çıxmaq qadağasını elan edib. Qadağaya rəğmən, paytaxtda silah səsləri eşidilib.

Aksiyalar başa çatmadığı üçün sosial mediaya giriş məhdudlaşdırılıb.

İran hökuməti Kirmanşah əyalətinə bağlı Hüsrəvi və Xuzistan əyalətində yerləşən İraqla sərhəd qapılarını bağlayıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/diger/292103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR