Qardaşını öldürən qadını bağışladı -

ABŞ-da keçirilən bir məhkəmə prosesi medianın gündəminə düşüb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, keçən il ABŞ-ın Dallas şəhərində bir qadın yanlışlıqla evinə girən qonşusunu öldürmüşdü. Həmin cinayətin məhkəmə prosesi isə maraqlı anlarla yadda qalıb. Belə ki, öldürülən şəxsin kiçik qardaşı qadını bağışlayıb və ondan şikayətçi olmadığını bildirib. Onların qucaqlaşması məhkəmə zalında hakim də daxil olmaqla hər kəsi göz yaşlarına boğub.

Məhkəmədə qeydə alınan həmin görüntüləri təqdim edirik:




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR