Ukrayna “Oreşnik” raketinin qalıqlarını sərgilədi

Ukrayna Rusiyanın Dnepr şəhəri istiqamətində atdığı “Oreşnik” raketinin qalıqlarını sərgiləyib.

Metbuat.az xəbər verir ki, Rusiyanın yeni istehsal etdiyi raket ilk dəfə müharibədə istifadə edilib. Raket qalıqlarının görüntüləri daha əvvəl sosial mediada paylaşılmışdı. Ordu rəsmiləri təhlükəsizlik səbəbi ilə qalıqların dəqiq yerini açıqlamayıblar.

Qeyd edək ki, “Oreşnik” raketi saatda 13 min kilometr məsafə uça bilir. Ukraynalı mütəxəssislərin fikrincə raket atılandan sonra Kiyevə 9 dəqiqəyə, Londona isə 17 dəqiqəyə çata bilər. Məlumata görə, hava hücumundan müdafiə sistemləri “Oreşnik” raketini zərərsizləşdirə bilmir. Raket nüvə başlığı daşıya bilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı