SSRİ xalq artisti, dünya şöhrətli azərbaycanlı müğənni Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya xatirələrini danışıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın böyük sənətkarı mərhum həyat yoldaşı və Ukrayna ilə bağlı maraqlı fikirlər səsləndirib.

"Müslümü SSRİ-nin 15 respublikasında hər kəs sevirdi. Sovetlər dövründə biz artistlər öz aramızda çox mehriban idik. Bir-birimizin evinə qonaq gedirdik. Hansı respublikada konsert verirdimsə, o xalqın dilində mahnı oxuyurdum. Yadımdadır, Kiyevdəki konsertimdə Ukrayna dilində mahnı oxumuşdum. Çünki bilirdim ki, orada mənim çoxlu dostlarım var və hamısı mənim konsertimə mütləq gələcəklər.

Oxudum və növbəti gün qəzetlərdə "O ukraynalıdır, sadəcə gizlədir" başlıqlı yazılar dərc edildi. Ukrayna xalqı məni sevirdi və onu deməliyəm ki, mən də Ukraynanı çox sevirdim. Əslində elə indi də sevirəm... Yeri gəlmişkən, bütün Ukrayna Müslümə heyran idi!

Sinyavskaya: "Müslümə böyük məhəbbətlə ərə getmişdim" (FOTO)

O zaman bizi heç milli mənsubiyyətimiz maraqlandırmırdı! Sözün düzü, mən bu gün də o barədə düşünmürəm... Mən Müslümə böyük məhəbbətlə ərə getmişdim və Allahın səxavətlə mükafatlandırdığı bu insana hədsiz dərəcədə pərəstiş edirdim. Zaman keçdikcə mən bunu daha çox hiss edirəm. Həqiqətən də, əgər o insanı sözün əsl mənasında qəbul edirsənsə, onun damarından hansı millətin qanının axdığını necə düşünə bilərsən? Əlbətdə həyatı boyu bu haqda düşünmürdüm! Görünür biz belə tərbiyə olunmuşduq. Axı biz sovet adamı idik... Təəssüflər olsun ki, indi belə deyil".

Sinyavskaya: "Müslümə böyük məhəbbətlə ərə getmişdim" (FOTO)

Tamara Sinyavskaya bu gün Müslüm Maqomayev səviyyəsində şəxsiyyətin yetişmədiyini qeyd edib: "Məsələ təkcə səsdə deyil. Əlbətdəki yaxşı səsli gənc ifaçılar var. Amma! Biz hər zaman harasa qaçırıq.. Biz hətta arxaya baxmağa imkan tapmırıq indi. Məsələn, gözəl bir səs meydana çıxır - siz elə bilirsiz onu ikinci dəfə televizorda göstərəcəklər? Yox! Yenilərini axtarırıq və onlardan "ulduz" düzəldirik. Bu "ulduzlar" 2 dəfə ekranda görünəcəklər , ya sönəcəklər, ya da ölkə daxilində konsert turları ilə kifayətlənəcəklər. Onları Müslümlə müqayisə etmək heç lazım da deyil. O, Allah tərəfindən xüsusi istedadlandırılmış biridir. Mən buna qətiyyətlə inanıram. O, bu torpaqda ömrünün ən son günlərinədək özünə qarşı maraq yaradırdı. O, bunun üçün heç nə etmirdi. Sadəcə öz istedadı ilə birdəfəlik olaraq hər kəsi öz əsirinə çevirmişdi..."

Sinyavskaya: "Müslümə böyük məhəbbətlə ərə getmişdim" (FOTO)

Mənbə
ANS PRESS