Fransada avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var

Fransada avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
00:47 7 Oktyabr 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

Fransada sərnişin avtobusu qəzaya uğrayıb.
Bu barədə "Report" "Frans ble" radiostansiyasına istinadən xəbər verir.
Məlumata görə, qəza ölkənin cənubundakı Od departamentində baş verib. "Flixbus" şirkətinə məxsus sərnişin avtobusu yoldan çıxaraq xəndəyə aşıb. Qəza nəticəsində 1 nəfər həlak olub, daha 17 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə iki helikopter, həmçinin bir neçə xilasetmə maşını cəlb edilib.
Hadisə zamanı avtobusda 30 sərnişin olub. Qəzanın başvermə səbəbi araşdırılır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/fransada-avtobus-qezaya-ugrayib-olen-ve-yaralananlar-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR