Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.
Vyetnam Prezidenti daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Burada onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Vyetnam Prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Vyetnam Sosialist Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.