"Fənərbağça"nın futbolçusu əməliyyat olundu - 1 ay oynamayacaq

"Fənərbağça"nın futbolçusu əməliyyat olundu - 1 ay oynamayacaq
10:42 10 Oktyabr 2019
95 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Fənərbağça" klubu ciddi itki ilə üzləşib. 

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, İstanbul təmsilçisinin futbolçusu Nabil Dirar qasıq ağrıları səbəbindən bu gün əməliyyat olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Artıq müalicəsinə start verilən mərakeşli legioner azı bir ay yaşıl meydanlardan kənarda qalmalı olacaq.

"Fənərbağça" bu müddət ərzində "Dənizlispor", "Konyaspor", "Kayserispor" və "Kasımpaşa" ilə qarşılaşacaq.

Dirar, bu mövsüm "Fənərbağça"nın heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/793036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR