Junior Nildo: "O, üstün olana şans verəcək"

Junior Nildo: "O, üstün olana şans verəcək"
15:22 16 Yanvar 2015
118 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in braziliyalı hücumçusu Junior Nildo qafqazinfo-ya müsahibə verib. Fanat.az müsahibəni təqdim edir:


- “İnter”in hazırlıqları necə gedir?

- Hər şey qaydasındadı. Heç bir problemimiz yoxdu. Çempionatın ikinci yarısına daha yaxşı hazırlaşmaq və mövsümün son 2 dövrəsində daha yaxşı çıxış etmək lazımdı. 


- Komandaya qoşulan yeni futbolçular haqqında nə deyə bilərsiniz?

- Nəsə demək çətindi. Amma məşqlərə yaxşı qoşulublar. İnanıram ki, həmin oyunçularla birlikdə daha da güclənib yaxşı oyun göstərəcəyik. Çempionatın startına elə də çox vaxt qalmayıb. Artıq keçirəcəyimiz oyunlar üçün tam hazır vəziyyətdə olmalıyıq.


- 3-cü dövrə start götürəcək və çempionlu yarışı daha da qızışacaq. Buna hazırsız?

- Biz onsuz da çempionluq üçün oynayırıq. Komandamız doğru yoldadı. Baş məşqçimiz Kaxaber Tsxadadze burda bir ailənin təməlini qoyub. Bunun sayəsində yaxşı nəticələr qazanmağımıza ümid etmək olar. 


- Artıq komandada 4 hücumçu var. Ruben Şaxenin gəlişindən sonra güclü rəqabət yaranacaq...

- Biz bu rəqabətə hər zaman hazırıq. Mənim üçün fərq etməz ki, komandada kimlər var, kimlər yoxdu. Məşqlərimi edib şansımı gözləyəcəm. Digər hücumçularımız haqqında danışmaq istəmirəm. Hər birinin potensialı var və ona görə də bu gün bizim komandadadılar. Amma ümid edirəm ki, mən daha çox meydana çıxıb qollar vuracam. Kaxaber Tsxadadze də elə bir məşqçidi ki, üstün olana şans verəcək.


- Kaxaber Tsxadadzedən söz düşmüşkən, o yayda komandanı tərk edəcək. Bunun “İnter”ə necə təsir edəcəyini düşünürsüz?

- O, doğurdan əla məşqçidi. “İnter”də olduğu müddətdə burda çox yaxşı işlər görüb. Amma komandanı tərk edirsə, pis düşünmək lazım deyil. Sadəcə ümid etmək lazımdı ki, onun yerinə layiqli biri gələcək. 


- Amma “İnter”in bütün uğurlarının tək səbəbkarı kimi Tsxadadze göstərilirdi...

- Ola bilər ki, bunu deyənlər haqlıdılar. Əlbəttə, bir komanda yaxşı oynayırsa, deməli baş məşqçisi də yaxşıdı. Bunun Kaxaber Tsxadadze ölkəsinin milli komandasında işləməyi seçdi. 


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR