Vüsalə yenidən "Space"ə qayıtdı

Vüsalə yenidən "Space"ə qayıtdı
15:22 16 Yanvar 2015
187 Şou
Ölkə mətbuatı
A- A+

“Günaydın” verilişinin aparıcısı Vüsalə Kərimova yenidən telekanaldakı işinə qayıdıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, teleaparıcı bunun "Space" rəhbərliyinin istəyilə baş tutduğunu deyib:

"Onlar məsləhət gördülər ki, verilişin aparıcısı yenidən mən olum. Onsuz məndən sonra növbəti bölümlər yayımlanmamışdı. Əvvəlki efirlər təkrar verilirdi. Bu qayıdışım Mehriban Xanlarova ilə münasibətimizə təsir etməyəcək. Onun xətrini çox istəyirəm".
Vüsalə, həmçinin bu addımın verilişin piarı üçün atıldığı haqda iddalara cavab verib:

"Hər insanın - aparıcının, müğənninin piara ehtiyacı var. Hər şayiədə bir həqiqət mövcuddur. Amma, həqiqətən, bunun piar olub-olmadığını bilmirəm. Məni yenidən çağırdılar və öz növbəmdə, təklifi qəbul etdim".

Qeyd edək ki, V.Kərimovanın gedişindən sonra verilişin aparıcılığı əməkdar artist Mehriban Xanlarovaya həvalə edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR