Cüdoçularımız dünya çempionatında daha bir qızıl medal qazandılar

Cüdoçularımız dünya çempionatında daha bir qızıl medal qazandılar
06:53 12 Oktyabr 2019
93 İdman
Ölkə mətbuatı
A- A+

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.

Publia.az xəbər verir ki, Azərbaycan milli komandası yarışda ikinci qızıl medalını qazanıb. Veteran cüdoçumuz Məmməd Məmmədov M-1kateqoriyası üzrə 73 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Bundan əvvəl isə komandamızın digər üzvü Fərhad Rəcəbli M-7 kateqoriyası üzrə 90 kiloqram çəki dərəcəsində qalib olub.

Qeyd edək ki, usta cüdoçular arasında keçirilən dünya çempionatı oktyabrın 13-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/292842.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR