Daha bir veteran cüdoçumuz dünya çempionu olub

Daha bir veteran cüdoçumuz dünya çempionu olub
14:08 12 Oktyabr 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.

Trend-in məlumatına görə, yarışın ikinci günü Azərbaycan millisi üçün uğurlu olub.

Belə ki, Məmməd Məmmədov M-1 kateqoriyası üzrə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı Almaniya, İrlandiya və Fransanın iki cüdoçusuna qalib gəldikdən sonra finalda Tacikistan təmsilçisi Mustafa Həsənovu məğlub edərək mundialın ən güclüsü adına layiq görülüb.

Qeyd edək ki, daha öncə Fərhad Rəcəbli (90 kq) usta cüdoçular arasında doqquzuncu çempionluğunu qazanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3132063.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR