Sabah səhərdən külək mülayimləşəcək

Sabah səhərdən külək mülayimləşəcək
09:57 13 Oktyabr 2019
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah səhər saatlarından başlayaraq, ölkə ərazisində əsən güclü küləyin mülayimləşməsi, yağışın kəsilməsi gözlənilir.

Milli.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, oktyabrın 12-də saat 21.00-a olan məlumata əsasən ölkə ərazisində qeyri- sabit güclü küləkli hava şəraiti davam edib. Şimal-qərb küləyi Qum adası, Tərtərdə 25 m/s, Neftcala, Ələtdə. 24 m/s, Neft Daşlarında 23 m/s, Bakı, Naftalan, Nabranda 20m/s, Sumqayıtda 19 m/s, Ağstafada 18 m//s, Salyan, Şəkidə 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb. Bakı, Naxçıvan, Astara, Daşkəsən, Göygöl, Şamaxı, Mərəzə, Altıağac, Xaltan, Xınalıq, Quba, Qusar, Şahdağ, Sarıbaş, Kişçay, Qırız, Ağdam, Tərtər, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Ağsu, Yevlaxda yağış yağıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/793853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR