Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib

Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
02:17 14 Oktyabr 2019
115 Digər
Ölkə mətbuatı
A- A+

Polşada 2015-ci ildə hakimiyyətdə olan Yaroslav Kaçinskinin "Qanun və ədalət" (ZiS) partiyası bazar günü keçirilmiş növbəti parlament seçkilərində qələbə qazanıb.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
"Exit poll"un ilkin nəticələrinə görə, partiya Seymdə (parlament aşağı palatası-red) əksəriyyəti saxlayıb.
Sosioloqların hesablamalarına görə, ZiS 43,6% səs qazanıb. Partiya 460 yerdən ibarət olan Seymdə 239 mandat ala bilər. Əgər hesablamalar təsdiqlənsə, Kaçinskinin komandası hər hansı koalisiyalara daxil olmağa ehtiyac olmadan sərbəst şəkildə qanunlar qəbul edərək öz proqramının reallaşdırmasını davam etmək imkanı qazanacaq.
İlkin məlumatlara görə, ölkənin Yaşıllar və "Vətəndaş platforması", Polşa Təşəbbüsü partiyalarının daxil olduqları ən böyük müxalif qruplaşması "Vətəndaş koalisiyası" 27,4% və 130 mandat aldı.
Sol qüvvələr 4 illik fasilədən sonra yenidən Polşa parlamentinə qayıdır. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/polsada-parlament-seckilerinde-kacinskinin-partiyasi-qalib-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR