Xalq artisti Aygün Kazımovanın fotoqrafı Sadiq Quliyev AzTV-də aparıcılığa başlayıb.

Axşam.az-ın məluatıan görə, lent.az-a açıqlama verən S.Quliyev bildirib ki, o, hər bazar saat 19:00-da AzTV-nin “Talk şou” verilişində aparıcılıq edəcək:

“Bundan sonra özümü aparıcı kimi də sınayacam. Hər bazar yayımlanacaq veriliş “Bakı- 2015” Avropa Oyunlarına həsr edilib. "Talk şou" həmkarım Xəyalə Hüseynlə mənim təqdimatımda yayımlanacaq. Proqramda Azərbaycan mədəniyyətinin tanınmış simaları ilə yanaşı, idman sahəsində öz sözünü demiş idmançılar və o cümlədən məşqçilər qonaq olacaq”.

Qeyd edək ki, S.Quliyev 3 il xalq artisti Aygün Kazımovanın fotoqrafı olub.

Aygün Kazımovanın fotoqrafı AzTV-də aparıcılığa başladı - foto