Azərbaycanda builki şəkər çuğunduru yığımının həcmi 100 min tonu keçib

Azərbaycanda builki şəkər çuğunduru yığımının həcmi 100 min tonu keçib
16:02 14 Oktyabr 2019
118 Digər
Ölkə mətbuatı
A- A+

Bu günə qədər Azərbaycanda fermerlər 4 545 ton tütün yığıb, tədarük məntəqələrinə 3 648 ton quru tütün təhvil verib.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. 
Məlumata görə, bu il ölkədə 3 134 hektar sahədə tütün əkini həyata keçirilib. Hazırda sahələrdə yığım davam edir.
Ölkə üzrə şəkər çuğundurunun yığımı da davam edir. Fermerlər bu il qəbul məntəqələrinə 100,7 min ton məhsul təhvil verib. 
2019-cu ildə Azərbaycanın 25 rayonunda ümumilikdə 7 345 hektar sahədə şəkər çuğunduru becərilib. Bunlardan 5 693 hektarı sadə suvarmalı, 1 652 hektarı isə Pivot suvarma sistemi altında olan sahələrdir. Bu il şəkər çuğunduru ən çox İmişli (917 ha), Ağcabədi (848 ha), Tərtər (670 ha), Tovuz (668 ha), Beyləqan (557 ha) və Füzuli (553 ha) rayonları ərazisində əkilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/ask/azerbaycanda-builki-seker-cugunduru-yigiminin-hecmi-100-min-tonu-kecib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR