Səudiyyə Ərəbistanında səfərdə olan Rusiya Prezidenti Vladimir Putin kral Salman bin Əbdüləziz əl Səuda Kamçatka qızılquşu hədiyyə edib.

Metbuat.az-ın məlumatına görə, V.Putin bu yırtıcı quşların Kamçatkada xüsusi olaraq yetişdirildiyini deyib.

Rusiya prezidenti dişi qızılquşa Alfa adının verildiyini bildirib.

Kral Salman bunun əvəzində V.Putinə şəkil hədiyyə edib.