Türkiyənin Suriyada terrorçulara qarşı həyata keçirdiyi "Barış Pınarı" hərəkatı çərçivəsində döyüşlər şiddətlənib. Nəticədə 1 türk əsgəri şəhid olub, 8 əsgər isə yaralanıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçuların hücumuna qarşılıq verilib və ən azı 15 terrorçu öldürülüb.