Dəməşqdə tarixi məsciddə izdiham baş verdi - Ölənlər var

Suriyanın paytaxtı Dəməşqdə tarixi Əməvi məscidində cümə namazı zamanı izdiham yaşanıb.

Metbuat.az xəbər verir ki, izdihamda biri uşaq olmaqla azı üç nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilib. İzdihamın hər kəsin eyni anda ön qapıya toplaşmasından qaynaqlandığı bildirilib. Məlumata görə, yaralılara ilk yardım məscid camaatı tərəfindən göstərilib. Əməvi məscidinin qərb qapısında sıxlığın davam etdiyi və məsciddən çıxışa icazə verilmədiyi bildirilib. Dəməşqin valisi Maher Mərvan məsciddə baş verənlərə görə məsuliyyət daşıdıqlarını və gələcəkdə belə hadisələrin ictimai yerlərdə təkrarlanmaması üçün tədbirlər görüləcəyini ifadə edib.

O, hadisənin səbəblərinin araşdırılacağını və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün lazımi tədbirlərin görüləcəyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı