Koalisiya qüvvələri Münbiçdən çəkildi -

Suriyada hərbi və siyasi hərəkətliliyin davam etməsi ilə bərabər son dəqiqə xəbərləri gəlməkdədir.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, ABŞ başda olmaqla İŞİD-ə qarşı döyüşən koalisiya qüvvələri sözcüsü koalisiya güclərinin Münbiçdən çəkildiyini açıqlayıb.

Eyni zamanda Rusiya Müdafiə Nazirliyindən Suriya və Münbiçə dair açıqlama verilib. Bildirilib ki, bölgədə rus əsgərləri türk ordusu ilə koordinasiya halındadır. Münbiçdəki nəzarətin isə tamamilə Suriya ordusunda olduğu bildirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR