Neymar bir ay yaşıl meydanlara çıxa bilməyəcək

Neymar bir ay yaşıl meydanlara çıxa bilməyəcək
19:43 15 Oktyabr 2019
110 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Nigeriya ilə yoxlama matçında zədələnən Braziliya millisinin və PSJ-nin futbolçusu Neymarın son durumu müəyyənləşib.

Trend-in məlumatına görə, tibbi müayinədən keçən 27 yaşlı hücumçunun sol ayaq əzələsində zədə aşkarlanıb. Onun təxminən 4 həftə yaşıl meydanlardan uzaq qalacağı deyilir.

Bununla da Neymar Çempionlar Liqasında "Brügge" ilə matçları və Fransa Liqasında "Nitsa", "Marsel", "Dijon" və "Brest"lə görüşləri buraxacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3133595.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR