Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom”un şəbəkəsində texniki problemlər yaranıb.
Metbuat.az bildirir ki, paytaxtın bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranan çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülür və qısa müddət ərzində şəbəkənin normal fəaliyyəti bərpa olunacaq.