Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçinin bacısı qızı Mina ötən gün İranda uzunsürən xəstəlikdən vəfat edib.

Üç qız anası olan 29 yaşlı Mina yenicə oğul övladını dünyaya gətiribmiş.

Qeyd edək ki, Məleykə Əsədovanın bacısı İran vətəndaşı ilə ailə qurub. O, 2008-ci ildə iki qızı ilə birlikdə dəm qazından boğulub. Həmin vaxt Mina sağ qalsa da, 13 yaşlı bacısı həyatını itirib.