Rusiyalı aparıcı və musiqi prodüseri Yana Rudkovskaya Bakıda yeni villa alıb.

Metbuat.az xəbər verir ki, Xalq artisti Emin Ağalarov sosial şəbəkədə Rudkovskayanın aldığı evdən görüntülər paylaşıb.

O, prodüserin özünə məxsus yaşayış kompleksindən villa seçdiyini açıqlayıb.

Ağalarov Rudkovskaya ilə birlikdə villanı gəzərək evin görüntülərini izləyiciləri ilə bölüşüb.