​AVTOMOBİLLƏ QAZ XƏTTİNİ VURUB QIRDILAR -

Ağsu şəhərində qaz xəttini zədələdilər.

Metbuat.az bildirir ki, bu gün günorta saatlarında Ağsu şəhəri H. Aslanov küçəsində betonqarışdıran avtomobil ilə 76 mm diametrində olan qaz kəmərini vurub qırıblar. Nəticədə abonentlərə məxsus 3 ədəd smart-kart tipli qaz sayğacı tamamilə yararsız vəziyyətə düşüb, 70-ə yaxın evin qaz təchizatı dayanıb. Artıq bərpa işlərinə başlanılıb. İşlərin tez bir zamanda başa çatdırılması planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR