AMEA-nın işçiləri haqqında məlumatlar elektronlaşdırılacaq

AMEA-nın işçiləri haqqında məlumatlar elektronlaşdırılacaq
16:47 16 Oktyabr 2019
350 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Milli Elmlər Akademiyasının işçiləri haqqında olan məlumatlar elektronlaşdırılacaq".
"Report" xəbər verir ki, bununla bağlı məsələ Akademiyanın Rəyasət Heyətinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
İclasda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev qeyd edib ki, “Elmi kadrlar” Milli İnformasiya Sisteminin yaradılması nəzərdə tutulur: "Artıq sistemin yaradılmasına başlanılıb. Elmi müəssisələrdə çalışan bütün işçilər bu sistemdə qeydiyyatdan keçəcəklər. Sistem yaradıldıqdan sonra fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq".
Bunu dövlət üçün vacib strateji məlumat bazası sayan R.Əliquliyev bildirib edib ki, bu sistemdən Ali Attestasiya Komissiyası, AMEA və digər aidiyyətı qurumlar faydalana biləcək: "Sistem elmi kadrlar haqqında informasiya resurslarının, elmi tədqiqatlar haqqında informasiya bazasının formalaşdırılmasına və ona əlçatanlığın təmin edilməsinə, elmi fəaliyyətin qiymətləndirilməsinə, təşkilatların elmi fəaliyyətinin monitorinqinin aparılmasına imkan verəcək" .

Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/amea-nin-iscileri-haqqinda-olan-melumatlar-elektronlasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR