Naftalanda piyadanı vurub qaçan sürücü tutuldu

Naftalanda piyadanı vurub qaçan sürücü tutuldu
17:17 16 Oktyabr 2019
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Naftalanda piyadanı vurub qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, oktyabrın 15-də saat 21 radələrində Naftalan şəhərinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini F.Əsgərov vurulub.

Nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Naftalan Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən "VAZ-2107" markalı avtomobilin sürücüsü, Goranboy rayon sakini Z.Abdullayev saxlanılıb.

Naftalan ŞPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/794781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR