Yeni “boşanma cəhdi” - Şotlandlar Britaniyadan ayrılmaq istəyirlər

Yeni “boşanma cəhdi” - Şotlandlar Britaniyadan ayrılmaq istəyirlər
21:17 16 Oktyabr 2019
106 Dünya
Ölkə mətbuatı
A- A+

Şotlandiya gələn il ikinci müstəqillik referendumunu keçirəcək.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, belə bir bəyanatı Şotlandiya Milli Partiyasının (SNP) sədri Nikola Stercen partiyanın Aberdin şəhərində baş tutmuş konqresində deyib.

Stercen çıxışında "referendum gələn il baş tutmalıdır" deyib: "Və biz (buna - red.) hazırlaşırıq. Yeni ilədək artıq qanunvericiliklə bağlı hazırlıqlarımızı tamamlamış olacağıq".

Onun sözlərinə görə, Britaniya hökumətinin Şotlandiya Milli Partiyasının referendum tələbinin qarşısını almaq "hüququ yoxdur".

Xatırladaq ki, Şotlandiyanın Böyük Britaniyadan ayrılmasına dair birinci referendum 2014-cü il sentyabrın 18-də baş tutub. Səs verməyə gələn vətəndaşlardan "Şotlandiya müstəqil ölkə olmalıdırmı" sualına "Bəli" və "Xeyr" cavablarından birini vermək xahiş olunub. "Xeyr" cavabını verənlərin sayı iki milyondan çox, yəni bütün səs verənlərin 55,3 faizini təşkil edib.

Qeyd olunur ki, referenduma səs verənlərin 84,6 faizi gəlib. Bu isə Böyük Britaniyada 1910-cu ilin yanvarında baş tutmuş seçkilərdən bəri ən böyük göstərici olub.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/794853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR