Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının sayı artıb

Yaponiyada "Hagibis" qasırğasının qurbanlarının sayı artıb
08:50 17 Oktyabr 2019
95 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Yaponiyada "Hagibis" qasırğası nəticəsində baş verən daşqınlar və torpaq sürüşmələrinin qurbanlarının sayı 77 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində həmçinin azı 10 nəfər itkin düşüb, 340-dan artıq insan xəsarət alıb.

Daha çox insan ölümü və yaralanması faktları ölkənin Honşü adasında yerləşən Fukusima və Miyagi, o cümlədən Kanaqava prefekturalarında qeydə alınıb.

Bildirilir ki, ölkədə axtarış-xilasetmə, həmçinin təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam etdirilir. Bu işlərdə ölkənin Özünümüdafiə Qüvvələrinin hərbçiləri də daxil olmaqla 110 mindən artıq insan iştirak edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3134488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı