“Son bir ildə 300-ə yaxın yeni məktəb direktoru təyin edilib. Bu, təbii bir prosesdir. Ölkədə 4500 məktəb var, vakansiyalar yaranır”.
Metbuat.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Yeni Azərbaycan Partiyasında bu gün keçirilən mətbuat konfransında bildirib.
Nazir bildirib ki, aparılan nəzarət tədbirləri nəticəsində 6 nəfər Rayon Təhsil Şöbəsinin müdirinin, 8 məktəb direktoru və 6 nəfər direktor müavininin səlahiyyətlərinə xitam verilib. Bundan başqa, 7 halla bağlı materiallar hüquq-mühafizə orqanlarına göndərilib. 80 nəfər məktəb direktorunun müqaviləsinin uzadılmaması haqqında qərar qəbul edilib.
C.Bayramov qeyd edib ki, paytaxtdakı 192 nömrəli tam orta məktəbdə şagird idarəetmə sistemi yaradılıb: “Şagird idarəetmə sisteminin yaradılmasının əsas məqsədi məktəblilərə özünüidarəetmə, işgüzarlıq, özünəinam kimi xüsusiyyətləri aşılamaqdır. Şagirdlər xüsusi günlərdə məktəb direktoru, direktor müavinləri, uşaq birliyi rəhbəri kimi vəzifələrdə fəaliyyət göstərərək, məktəbi idarə edirlər. Tədris ocağında mövcud iş rejimi gözlənilir və rəhbər vəzifələri icra edən şagirdlər vəzifələrini uğurla yerinə yetirirlər”.
Nazir sözlərinə əlavə edib ki, ötən il Azərbaycanda 4000 şagirdin sinifdə qalması bizim üçün narahatedici məqamdır: “Sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli, onlar bir çox fəndən proqramı mənimsəyə bilməyiblər. Yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilməməsi üçün səbəbdir”.
8 məktəb direktorunun səlahiyyətinə xitam verilib, 4 min şagird sinifdə qalıb
Həmçinin oxu
Pensiya hesablanması dəyişir - Kim nə qədər alacaq?
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Məleykə Əsədovaya ağır itki - FOTO
Bu gün
·
15:56
Azərbaycan bu ölkəyə neft ixracını azaldıb
Bu gün
·
15:42
Pensiya hesablanması dəyişir - Kim nə qədər alacaq?
Bu gün
·
15:28
Prezident onu vəzifədən azad etdi - YENİ TƏYİNAT
Bu gün
·
15:24
9 kiloqramlıq qızıl külçə tapdı - 750 min dollara satıldı
Bu gün
·
15:15
Xəsarət alan müavin Qurbanovun qohumu imiş - FOTO
Bu gün
·
15:07
ADY Çindən qəbul etdiyi blok-qatarların sayını artırıb
Bu gün
·
15:04
Naxçıvanda vergi daxilolmaları artıb
Bu gün
·
14:39
Azərbaycan fındıq ixracını artırıb
Bu gün
·
14:16
Avtobus marşrutlarına onlayn bilet satışı artıb
Bu gün
·
13:47
Konqoda Eboladan ölənlərin sayı 4 mini keçdi
Bu gün
·
13:46
Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
Bu gün
·
13:34
Əlillik təyin olunan şəxslərin sayı açıqlandı
Bu gün
·
13:14
3 marşrutun hərəkət sxemləri müvəqqəti dəyişdirildi
Bu gün
·
12:49
Oktyabrın 9-nun havası açıqlandı
Bu gün
·
12:38