Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb

Azərbaycana gətirilən elektromobillərin sayı 3 dəfə artıb
17:07 17 Oktyabr 2019
85 Digər
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 112 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.
Bunu “Report”a açıqlamasında Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin 9 ayı ərzində Azərbaycana idxal edilən elektromobillərin sayı 38 ədəd olub ki, bu da bir ildə 74 ədəd və ya 2,95 dəfə artıma bərabərdir.
Ümumilikdə isə 2018-ci il ərzində ölkəyə 66 ədəd elektrik mühərrikli avtomobil idxal edilib.
Qeyd edək ki, 2019-cu ildən qüvvəyə minən Vergi Məcəlləsinə əsasən, ƏDV-nin differensiallaşması ilə bağlı elektriklə işləyən avtomobillər ƏDV-dən azad olunub. Belə ki, bu ildən etibarən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib. Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində gömrük rüsumu ödəmək lazımdır.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycana-getirilen-elektromobillerin-sayi-3-defe-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR