Türkiyə-ABŞ arasında "Barış Pınarı"na dair imzalanan

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan və ABŞ vitse-prezidenti Mayk Pencenin baş-başa görüşündən, iki ölkə nümayəndə heyətlərinin görüşündən sonra 13 maddədən ibarət "Cənub-şərqi Suriyaya dair Türkiyə-ABŞ ortaq açıqlaması" media ilə paylaşılıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, 13 maddədən ibarət müqavilənin məzmunu bu cürdür:

1. Türkiyə və ABŞ iki yaxın NATO üzvü olaraq bu əlaqələri dəstəkləyir. ABŞ Türkiyənin cənub sərhəddinə dair təhlükəsizlik qayğılarını başa düşür.

2. Türkiyə və ABŞ cənub-şərqi Suriya başda olmaqla bölgədəki proseslərin ortaq çıxarlar əsasında daha sıx qarşılıqlı əlaqələr lazım olduğunu qəbul edir.

3. Türkiyə və ABŞ "hamımız birimiz, birimiz hamımız üçün" anlayışı ilə NATO torpaqlarını və xalqlarını bütün təhdidlərə qarşı qorumaq öhdəliklərini mühafizə edir.

4. Hər iki ölkə insan həyatı, insan haqları ilə dini və etnik topluluqların qorunmasına dair öhdəliklərini yeniləyir.

5. Türkiyə və ABŞ Suriyanın cənub-şərqində İŞİD ilə mübarizədə fəaliyyətlərin davamında qərarlıdır. Bu fəaliyyətlərə əvvəllər İŞİD nəzarətində olan bölgələrdə yaşayıb yerindən məhrum edilən şəxslərə dair həyata keçiriləcək qarşılıqlı fəaliyyətlər də daxildir.

6. Türkiyə və ABŞ terrorla mübarizə hərəkatlarının yalnız terror ünsürləri və bu ünsürlərə aid sığınacaq, mövqe, silah, nəqliyyat vasitələri və avadanlıqların hədəf alınmasına dair razılaşırlar.

7. Türkiyə tərəfi Türk Qüvvələri tərəfindən nəzarət edilən təhlükəsiz bölgədəki bütün sakinlərin təhlükəsizlini təmin edəcək, sivillərin zərər görməməsi üçün gərəkli diqqəti göstərəcək.

8. Hər iki ölkə Suriyanın siyasi birliyi ilə torpaq bütünlüyünə və Suriya münaqişəsini BMT-nin 2254 saylı qərarına uyğun şəkildə sona çatdırmağı hədəfləyən, BMT öncüllüyündəki siyasi müddətə olan sadiqliklərini yeniliyirlər.

9. Hər iki tərəf Türkiyənin YPG ağır silahlarının toplanması və YPG istehkamlarının, bütün mövqelərinin istifadəolunmaz həddə gətirilməsi daxil milli təhlükəsizlik qayğılarının həll edilməsini təmin etmək üçün bir təhlükəsiz bölgə yaradılmasında razılığa gəlirlər.

10. Təhlükəsiz bölgə Türk Sİlahlı Qüvvələrinin nəzarətində olacaq və hər iki tərəf təhlükəsiz bölgənin təmin edilməsində qarşılıqlı fəaliyyətini artıracaqdır.

11. Türk tərəfi "Barış Pınarı" hərəkatına təhlükəsiz bölgədən YPG-nin 120 saat içində geri çəkilmələri şərti ilə ara verəcək. "Barış Pınarı" hərəkatı bu geri çəkilmənin tamamlanması halında sonlandırılacaq.

12. "Barış Pınarı" hərəkatına ara verildiyində ABŞ "Blocking Property and Suspending Entry of Certain Persons Contributing to the Situation in Syria" balıqlı 14 oktyabr 2019 tarixli prezident fərmanı ilə həyata keçirilən sanksiyalara əlavələr edilməyəcək. "Barış Pınarı" hərəkatı 11. maddədəki şərt ilə dayandırıldığı zaman yuxarıda adı çəkilən fərmandakı sanksiyalar dayandırılacaqdır.

13. Hər iki tərəf bu açıqlamada qeyd edilən bütün hədəflərin tətbiq edilməsi üçün birlikdə çalışma öhdəlikləri daşımaqdadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR