Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir (FOTO)

Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir (FOTO)
13:01 18 Oktyabr 2019
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən Masallı rayonunda yaradılan günərzi qayğı mərkəzinə 30-dan çox uşaq cəlb edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, onlar aztəminatlı ailələrdən olan, çətin həyat şəraitində yaşayan, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlardır. 2018-ci ildən yaradılan mərkəzdə uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq, müxtəlif dərnəklər vasitəsilə onların bacarıq və təxəyyülləri inkişaf etdirilir. Onlara ev tapşırıqlarının hazırlanmasında köməklik göstərilir, həmçinin psixoloji dəstək həyata keçirilir.

Həmçinin sağlamlıq imkanları uşaqlarda zəruri özünəxidmət vərdişləri yaradılır. Uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər, ekskursiyalar da təşkil olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3135237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR